30 Ocak 2017 Pazartesi

Elcan Lerik və Kamil Fərəcov şeirləri

Salam. Saytımızın redaktoru, başçısı Elcan Məmiyev gənc yazar Kamil Fərəcovla şeir yazıb
Şah dünyamın sevincidi, qəmidi,
Yollarımın ağı varmış Lerikdə
Sarı simdə şərqilərə varmışam,
Salamatı, sağı varmış Lerikdə

Daş abidə, türbə məni çəkibdi,
Yaddan ağrı, zərbə məni çəkibdi,
Bu yaşımda hərbə məni çəkibdi,
Neçə şəhid dağı varmış Lerikdə

Qayaları yürüş üstə köklənib,
Aran-dağı örüş üstə köklənib,
Bulaqları görüş üstə köklənib,
Neçə eşqin bağı varmış Lerikdə

Qədimliyi Tanrı dağa varıbdı,
Yaddaşlara yığa-yığa, varıbdı,
Ömürlərə sığa-sığa varıbdı,
Bağlantısı, bağı varmış Lerikdə

Bürünsəm də ilhamımın kürkünə,
Yön almışam yerin, göyün təkinə,
Köklənmişəm şeirimin kökünə,
Zirvələri, dağı varmış Lerikdə

Dolanmışam hər döngəni, dalanı,
Görəməmişəm məni dərdə salanı,
Getdi daha, o günlərə yol hanı?
Solu varmış, sağı varmış Tovuzda.

Kirənində, Əsriyində iz ağlar,
Yekallarda, ocağımda köz ağlar,
Canım üstdə qırov tutmuş söz ağlar,
Balı varmış, yağı varmış, Lerikdə

Şah dünyamın sevincidi, qəmidi,
Yollarımın ağı varmış Lerikdə
Sarı simdə şərqilərə varmışam,
Salamatı, sağı varmış Lerikdə

Təravətli ətir saçan meşələr
Göz oxşayan lalələr, bənövşələr
Qəlbə şəfa, dərdə dəva meyvələr
Saf pendiri, yağı varmış Lerikdə

Anamızdan icazəni alardıq
Meşələrdən armud, moruq yığardıq
Çəpərləri əl qoymadan asardıq
Gəncliyin xoş çağı varmış Lerikdə

29 Ocak 2017 Pazar

Kamil Fərəcov şeirləri

Kamil Fərəcli gənc yazardır və gözəl şeirlər yazır. İndi bir şeirini təqdim edirik.
İki gündür küsüb mənlə danışmır,
Sanki çatışmayır nəfəsim mənim
Oxu sözlərimi qayıt gəl mənə
Səni çox sevirəm Günəşim mənim

16 Ocak 2017 Pazartesi

Təhsil sahəsinə böyük itki. MALİK ARANLI DÜNYASINI DƏYİŞDİ

İndicə aldığımız məlumata görə tanınmış riyaziyyat və məntiq müəllimi Malik Aranlı ağır sürən xəstəlikdən dünyasını dəyişib. Allah rəhmət eləsin.

15 Ocak 2017 Pazar

Kaspi liseyinin növbəti imtahanı Ambu kəndində keçiriləcək.

Kaspi liseyinin növbəti imtahanı Lerik rayonunun Ambu kəndində keçiriləcək. Bunu Kaspi liseyinin Lənkəran filialı öz müsahibəsində bildirib. O öz bəyənatında bildirib ki 22 yanvar Kaspi liseyinin növbəti imtahanı keçiriləcək. Bunun haqqında ilk dəfə sinebandkendi.blogspot.com olaraq məqalə yerləşdirmişik.
Bizdən də bütün şagirdlərə uğurlar.