30 Kasım 2016 Çarşamba

Bu gün İmam Rzanın (ə) şəhadət günüdür.

Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki, həzrət buyurmuşdur: "Mənim bədənimin bir parçası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər".

Imam Rza(ə) hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində İmam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Әli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və zəka baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası İmam Musa İbi Cəfər Harunun zindanında şəhid olduqdan sonra müsəlmanlara imamlıq edib.

Mә’munun öz siyasi məqsədləri üçün İmam Rza(ə)nı vələhd təyin etməsi və odаn аilәsini dә özü ilә Mərvə gәtirmәsini istәmәsinә bахmаyаrаq, о Hәzrәt аilәsindәn hеç kimi, hәttа оğlu İmаm Cаvаd әlеyhissәlаmı dа özü ilә аpаrmır. Hаlbuki bu sәfәr qısа sәfәr dеyildi. Әksinә uzun vә mәs’uliyyәtli bir sәfәr оlub Mә’munun dеdiyinә görә guyа о Hәzrәt İslаm ümmәtinin rәhbәrliyini öz öhdәsinә götürmәli idi.

İmаm Rzа әlеyhissәlаmın kаrvаnının Mәdinәdәn Mәrvә gәldiyi yоl (Mә’munun göstәrişinә әsаsәn) Bәsrә, Әhvаz vә Fаrs şәhәrlәrindәn kеçirdi. Оlа bilәr, Mә’mun оnа görә bu yоlu sеçmişdi ki, kаrvаn şiәlәrin mәrkәzi оlаn Cәbәl (İrаnın dаğlıq hissәsindәn Hәmәdаn vә Qәzvinә qәdәrki әrаzisi) Kufә, Kirmаnşаh vә Qum şәhәrindәn kеçmәsin.

İmаmın kаrvаnı Nişаbur şәhәrindә dаyаnаrkәn о Hәzrәt  yüz mindən çox insanın qarşısında аşаğıdаkı hәdisi buyurmuşdur: "Аllаh-tааlа buyurmuşdur ki, "Lа ilаhә illәllаh” cümlәsi mәnim istеhkаmımdıMöhkәm qаlаmdır.Kim mәnim istеhkаmımа dахil оlаrsа mәnim әzаbımdаn аmаndа qаlаr.” İmаm Rizа (әlеyhissәlаm) tövhid hәdisini buyurduqdаn sоnrа yоlunа dаvаm еdir. Lаkin оnu istәyәn minlәrlә şәхsin gözü hәlә dә, оnun аrdıncа idi. Cаmааt öz fikrindә yахud dа tövhid hәdisi bаrәdә düşünәrkәn, birdәn İmаm әlеyhissәlаmın dәvәsi dаyаnır vә о Hәzrәt bаşını kәcаvәdәn çıхаrаrаq tаriхin yаddаşınа dаhа bir әbәdi cümlә yаzır. О Hәzrәt ucа sәslә buyurur: "Tövhid kәlmәsinin (Lа ilаhә illәllаhın) şәrtlәri dә vаr ki, о şәrtlәrdәn biri dә mәnәm.” Bu cümlә ilә İmаm (әlеyhissәlаm) dаhа bir әsаs mәsәlәni оrtаyа аtır. Bu mәsәlә tövhid аğаcının әsаs budаqlаrındаn biri оlаn "İmаmәt” mәsәlәsidir.

Hәmin gün iyirmi min nәfәr bu hәdisi İmаm әlеyhissәlаmdаn еşitcәk yаzmışdır. İmаm  о şәrаitdә hеç dә dinin fәrdi mәsәləlәrindәn, cаmааtın hәyаtındаn, dünyаdа tәqvаlı оlmаğа vә bu kimi işlәrә dә’vәt еtmәmiş vә siyаsi bir sәfәr mәqsәdilә Mәrvә gеtmәsinә bахmаyаrаq, hеç dә siyаsi vә yа öz şәхsi mәsәlәlәri bаrәdә söhbәt еtmәmişdir. Bunlаrın hаmısının әvәzinә isә müsəlmanları әsl hәqiqi rәhbәri оlduğu üçün оnlаrın diqqәtini hәyаtlаrındа hәr bir аn,hәm indi, hәm dә gәlәcәkdә lаzım оlаn bir mәsәlәyә yönәldir.Əgәr millәt fәzilәtli hәyаt sürmәk fikrindәdirsә оnlаr üçün әdаlәtli vә hikmәtli bir rәhbәr mәsәlәsini hәll еtmәdәn hәr hаnsı bir işә nаil оlmаq qеyri-mümkündür.

İmаm Rzа әlеyhissәlаmın "Tövhid kәlmәsinin şәrtlәrindәn biri dә mәnәm” buyurduğu ifаdә hеç dә, о Hәzrәtin şәхsi mәnаfеyi ilә әlаqәdаr оlmаyıb әksinә İmаm (әlеyhissәlаm) bu ifаdә ilә әsаslı vә ümumi bir mövzuyа tохunmаq istәmişdir.İmаm Rzа (ә) bu hәqiqәti cаmааtа аnlаtmаq üçün Nişаbur şәhәrindә әlә düşmüş fürsәtdәn lаzımıncа istifаdә еdib Аllаhın әmrinә әsаsәn, özünü Аllаhın tövhid qаlаsının gözәtçisi е’lаn еdir. Bunа әsаsәn, о Hәzrәt cаmааtı bu cür хәbәrdаr еtmәsi vаsitәsilә Mә’munun әn әsаs mәqsәdini puçа çеvirir. Çünki Mә’mun о Hәzrәti Mәrvә gәtizdirmәklә özünün vә bütün Bәni-Аbbаsın hаkimiyyәtinin şәr’i vә İslаmi bir hаkimiyyәt оlduğunu qәlәmә vеrmәk istәyirdi.

Bәli, әgәr millәt fәzilәtli hәyаt sürmәk fikrindәdirsә, оnlаr üçün әdаlәtli vә hikmәtli bir rәhbәr mәsәlәsini hәll еtmәdәn hәr hаnsı bir işә nаil оlmаq qеyri-mümkündür. Әgәr cаmааt İmаmәtә tәrәf üz tutmаsа, dünyа yаlnız Аllаhа mәхsus оlаn qаnunvеricilik hаqqını öz hаqqı hеsаb еdәn zаlım vә әdаlәtsiz hаkimlәrin mübаrizә mеydаnınа çеvrilәcәk, оnlаr dа, öz növbәlәrindә Аllаhın hökmündәn kәnаr hökm vеrmәklә cаmааtı bәdbәхtlik vә аzğınçılığа tәrәf sürüklәyәcәklәr. Tövhidlә İmаmәt mәsәlәsinin әlаqәsini оlduğu kimi bаşа düşsәk, оndа bilәcәyik ki, İmаm Rizа әlеyhissәlаmın "Tövhid kәlmәsinin şәrtlәrindәn biri dә mәnәm” buyurduğu ifаdә hеç dә, о Hәzrәtin şәхsi mәnаfеyi ilә әlаqәdаr оlmаyıb, әksinә, İmаm (әlеyhissәlаm) bu ifаdә ilә әsаslı vә ümumi bir mövzuyа tохunmаq istәmişdir. Bunа görә dә, о Hәzrәt qеyd оlunmuş hәdisi buyurmаzdаn qаbаq оnun sәnәdini dә qеyd еdәrәk bizlәrә bаşа sаlmışdır ki, bu hәdis аtа-bаbаlаrı tәrәfindәn dеyilib Pеyğәmbәrә (sәllәllаhu әlеyhi vә аlih) qәdәr gеdib çıхаn Аllаh kәlаmıdır. İmаmlаr аrаsındа bu cür hәdis söylәmәyin sаbiqәsi hәddәn аrtıq аzdır. Bu cür hәdislәr burаdа оlduğu kimi çох nаdir hаllаrdа söylәnilir. Burаdа dа, İmаm Rizа (әlеyhissәlаm) ümmәtin rәhbәrlik mәsәlәsini Аllаh vә ucа bir mәqаmlа әlаqәlәndirmәk vә еlәcә dә, mә’sum İmаmәt tаriхçәsinin şәcәrәnаmәsini cаmааtа çаtdırmаq istәdiyi üçün bü cür hәdisdәn istifаdә еtmişdir. İmаm Rizа (әlеyhissәlаm) bu hәqiqәti cаmааtа аnlаtmаq üçün Nişаbur şәhәrindә әlә düşmüş fürsәtdәn lаzımıncа istifаdә еdib Аllаhın әmrinә әsаsәn, özünü Аllаhın tövhid qаlаsının gözәtçisi е’lаn еdir. Bunа әsаsәn, о Hәzrәt cаmааtı bu cür хәbәrdаr еtmәsi vаsitәsilә Mә’munun әn әsаs mәqsәdini puçа çеvirir. Çünki Mә’mun о Hәzrәti Mәrvә gәtizdirmәklә özünün vә bütün Bәni-Аbbаsın hаkimiyyәtinin şәr’i vә İslаmi bir hаkimiyyәt оlduğunu qәlәmә vеrmәk istәyirdi.

İmаm Rzа әlеyhissәlаmın Mәrv şәhәrinә gәlmәsindən bir nеçә аy kеçsә dә, о Hәzrәt Mә’munа qаrşı mәnfi mövqеdә durmаqda dаvаm еdirdi. Mә’mun öz hiylәlәri ilә о Hәzrәtin cаnının qәsdinә durmаyаnа qәdәr İmаm Rzа (ә) nә хәlifәliyi, nә dә vәliәhdliyi qәbul еtmirdi.

İmаm  bununlа dа, kifаyәtlәnmәyib әlә düşmüş hәr bir fürsәtdә Mә’munun оnu güclә vә ölümә tәhdid еtmәklә vәliәhd tә’yin еtmәsini cаmааtа bildirir. Bundаn әlаvә, bә’zi vахtlаr cаmааtа оnu dа çаtdırırdı ki, Mә’mun tеzliklә hiylәyә әl аtıb öz әhdini pоzаcаq. О Hәzrәt аçıqcаsınа buyururdu ki, оnun qаtili оnа zәhәr vеrәn mәhz Mә’mun оlаcаq. Hәttа bunu Mә’munun öz yаnındа dа buyurmuşdu.
        Faktxeber ve Ahlibeyt

24 Kasım 2016 Perşembe

Gözəl mənzərə. FOTOLAR:

Lerik rayonunun Şinəband kəndində çəkilmiş fotolar bunlardır. Şəkillər Q. Abbaszadəyə Elcan Məmiyevə məxsusdur. Axırıncı mağara Tural Balakişiyev adlı şəxsə məxsusdur.

23 Kasım 2016 Çarşamba

Azərbaycan dili

                  Azərbaycan dili .
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir.
Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.

Ümumişlək olmayan sözlər
Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər iki qrupa bölünür: dialekt sözləri, ixtisas sözləri (terminlər).
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir.
Məsələn: döşəkcə ümumişlək sözdür - hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü ısə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialektsözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), digə (dağ yerində yaşayış yeri), gəvəzə (çox danışan, boşboğaz), əlardan (dəsmal),  manşırlamaq (nişanlamaq), maş (lobya), əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey (qarğıdalı), kəbə (qarğıdalı), yerpənək (xiyar), qəlbi (hündür), tapdan (qəfıldən) və s. sözləri də dialekt sözləridir.

Terminlər (İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər (ixtisas sözləri) deyilir. Məsələn: frazeologiya, mübtəda, orfoepiya, folklor, süjet, epitet, subtropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna, flora və s.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyədir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik.

Yeni sözlər (neologizmlər)
İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.
Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, açıqca, soyad, soydaş, durum, cangüdən, çağdaş və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yenı sözlərdir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: investisiya, spiker, birja, kompüter, mer,faks, menecer, biznesmen, ekologiya, internet, distributer və s. Dilin öz söz ehtiyatı hesabına yaranan yeni sözlər daha çoxdur. Yuxarıdakı sözlərin çoxu buna numunə ola bilər. Dildəki yeni sözlərin bir hissəsi zaman keçdikcə ümumişlək sözlərə çevrilir. Məsələn: tozsoran, çimərlik və s. Yeni sözlərin bir hissəsi isə ixtisas sözlərinin sırasına daxil olur. Məsələn: printer, rotoprint, fızioterapiya və s.

Köhnəlmiş sözlər (arxaizmlər)
Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təknə (ağac kötüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun (ikigözlü heybə - torba), kəndxuda (kəndin başçısı), baqqal (ərzaq malları satan dükançı) və s.
Klassik ədəbi əsərlərdə işlənən və hazırda unudulan köhnəlmiş sözlərə isə arxaizmlər deyilir. Məsələn: "Kitabi-Dədə Qorqud" dastanında, Q. Bürhanəddin və İ.Nəsimi şerlərində işlənən ayıtmaq (demək, söyləmək), tanıq (şahid), sayru (xəstə), güz (payız), us (ağıl), əsən (sağ, salamat), əsrük (sərxoş), altun (qızıl), damu və ya tamu (cəhənnəm), uçmaq (cənnət), ün (səs), nəsnə (şey), arı (təmiz), suç (günah), danla (sabah), duş (yuxu), ayaq (qədəh) və s. kimi sözlər arxaizmlərdir.

Frazeoloji birləşmələr
Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyisməyən və macazi mənada işlənən sabit söz birləşmələridir.Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək (şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji birləşrnələrdir. Belə birləşmələrin tərkib hissələri olan sözlər öz həqiqi mənasını itirir və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: "Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar" cümləsindəki frazeoloji birləşmə nə edirdilər? sualına cavab olur, deməli, cümlənin xəbəridir.

Alınma sözlər
Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlik və fellərin, demək olar ki, hamısı) əsl Azərbaycan sözləridir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
1.  Ərəb və fars dillərindən alınma sözlər
2.  Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Belə alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə iki saitin yanaşı işlənməsiMəsələn: ailə, zəif, səadət, müəllim, maaş, bədii, mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin islənməsi Məsələn: Arif, aləm, bəzi, məna, elan, mötəbər, xüsusi, musiqi, sufi, həqiqət, səliqə, vəzifə və s.
3. Sözün r samiti  ilə başlanması. Məsələn: razı, rahat, rəssam, rəf, rütbə, rəndə və s.
4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: Jalə, janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s.
5. Əvvəllər apostrofla işlənmiş bütün sözlər.Məsələn:şe'r, ne'mət, əla, məna, mö'təbər, vüs'ət, cür'ət, sün'i, məs'ul və s. Belə sözlərin hamısı ərəb mənşəlidir.
6. Vurğusu son hecaya düşməyən sözlərin çoxu(bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır).
7. Sözdə ahəng qanununun pozulmasıMəsələn: aşiq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).
8. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi.Məsələn: həll, sirr, xətt, hiss, həzz, fənn, tibb, həqq, hədd, qəşş və s.
9. Qoşa yy samitli sözlərin hamısı.Məsələn: xasiyyət, əziyyət, ədəbiyyat, nəqliyyat, təyyarə və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdır.Ərəb və fars dillərindən alınma bəzi sözlər isə la, na, bi, ba ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur. Məsələn: laməkan (məkansız), laqeyd (diqqətsiz), naşükür, naməlum, nalayiq, nanəcib, bisavad, biədəb, bişüur, bamazə və s. Məktəb, təhsil, din və ilahiyyətlə bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, kitab, dərs, tədris, sinif ,lövhə, tabaşir, elm, təlim, mədrəsə, dəftər, kati, ilahi, peyğəmbər, imam, məscid, səcdə, namaz, dəstamaz, ibadət, molla, möhür, axirət, behişt, camaat, cəhənnəm və s.
Sözün əvvəlində iki samitin yanaşı gəlməsidə əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, stəkan, tramplin və s. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdəki Avropa mənşəli alınma sözlərin bir çoxu başqa dillərdə də işlənir. Belə sözlərə beynəlmiləl sözlərdeyilir. Məsələn: respublika, prezident, demokratiya, futbol və s.
Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində işlənən ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic,ütü (utyuq) və s. sözlər bizim dilimizdən keçmişdir.

Kayzen.az SAYTINDAN GOTURULUB.

Kurikulum testləri

.Məzmun xətti nədir?

A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.

B) Fənn üzrə ümumi təlim nəticələrinin real-laşmasını təmin etmək üçün müəyyən olun-muş məzmunun zəruri hissəsidir.

C) Təhsilalanların bilik və bacarıq səviyyə-sinə qoyulmuş dövlət tələbidir.

D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.

E) Təlim nəticələrinin reallaşdırılması səviy-yəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.

2. “Nəticəyönümlülük” dedikdə kuriku-lumda nə nəzərdə tutulur?

A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən eh-tiyac və tələbatlarının nəzərə alınması.

B) Fəaliyyətin təhsilalanın potensial imkan-larının inkişafına yönəldilməsi.

C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması.

D) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəti-cələr formasında əvvəlcədən müəyyənləşdirilməsi.

E) Təhsilalanların nailiyyət səviyyəsinin qiy-mətləndirilməsi.

3. Biri fənn kurikulumunun strukturuna aid deyil:

A) Fənn üzrə ümumi təlim nəticələri

B) Təlim strategiyaları

C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi

D) Təhsilin məzmunu

E) Məzmun standartlarının şərhi

4.  “Şəxsiyyətyönümlülük” dedikdə kuriku-lumda nə nəzərdə tutulur?

A) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəti-cələr formasında əvvəlcədən müəyyənləşdi-rilməsi.

B) Təhsilalanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə milli və bəşəri dəyərlərin formalaşdırlması.

C) Еnsiklopedik biliyə malik insanın yetişdi-rilməsi.

D) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması.

E) Təhsilin məzmun komponentlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsi.

5.  Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:

A) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.

B) Təklifyönümlüdür.

C) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilmişdir.

D) Müəllimyönümlüdür.

E) Bilikyönümlüdür

  Buyurun dostlar sizə təqdim edirəm.

21 Kasım 2016 Pazartesi

Axşamınız xeyir əziz dostlar

Salam sinebandkendi iştirakçıları. Axşamınız xeyir olsun. Necəsiniz. Diaqnostik qiymətləndirməyə az qaldı. Hal hazırda qar yağır dostlar. Buyurun.

20 Kasım 2016 Pazar

Şinəband kəndi Cəlbedici fotolar.

Lerik rayon Şinəband kəndinin fotolarını saytın müəllifi Elcan Məmiyev və muxbirlər Q. Abbaszadə, A. Əliyev paylaşır. Şəkillər əsasən Q. Abbaszadəyə məxsusdur.





19 Kasım 2016 Cumartesi

Lerik rayonuna qar yağdı. FOTOLAR:

Lerik rayonuna axşam saatlarından qar yağmağa başlayıb. Fotolar Lerik rayonunun Şinəband kəndində çəkilmişdir. Buyurun baxın fotolara.


Lerik rayonunda artıq qar yağır.

Lerik rayon Şinəband kəndində artıq bu saatlardan qar yağmağa başlayıb. Qarın fotolarını 20 Noyabr 2016-cı il tarixində sinebandkendi.blogspot.com saytı sizə təqdim edəcək.

18 Kasım 2016 Cuma

Gözəl foto muxbir Rövşən Əsədov

Qonşu saytlardan biri olan cebhe.info xeber saytinin foto muxbiri Rövşən Əsədov ölkədə yeni və maraqlı hər məlumatı paylaşır. Ancaq təkcə cebhe.info ile kifayətlənməyən Rövşən Əsədov rovshenasadov.com xəbər saytını yaradıb və bu saytda ən yeni məlumatları paylaşır. Buna görə biz muxbirlər və saytın müəllifi Elcan Lerik Rövşən Əsədova ayrı ayrılıqda təşəkkür edirik.

17 Kasım 2016 Perşembe

Lerik rayonu çiskin olanda FOTOLAR:



Lerik rayonunda çəkilmiş fotolar. Çiskin, duman olanda çəkilmişdir. Göndərdi: Q. Abbaszadə
Burdakı şəkilləri linki silərək götürmək və ya yaymaq qadağandır

Lerikdə Günəş doğanda. FOTOLAR:

Lerik rayonunda Günəş doğandakı fotonu sinebandkendi.blogspot.com sizə təqdim edir. Buyurun

Şinəband kəndi. FOTOLAR:

Biz sinebandkendi.blogspot.com olaraq Şinəband kəndində çəkilmiş fotoları sizə təqdim edirik

16 Kasım 2016 Çarşamba

Cənub bölgəsi üçün diaqnostik qiymətləndirmə harada keçiriləcək?

Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan müəllimlər üçün müəllimlərin diaqnostik qiymətləndirilməsi 19-24 dekabr Lənkəran rayonunda keçiriləcəkdir. Yuxarıda göstərdiyimiz xəritə dq.edu.az saytından götürülmüşdür və diaqnostik qiymətləndirmənin rayonları böyük hərflə göstərilmişdir. Biz də bütün Azərbaycan müəllimlərinə əsasən də cənub rayonları müəllimlərinə uğurlar arzulayırıq.

15 Kasım 2016 Salı

Lerik rayonunda diaqnostik qiymətləndirmənin vaxtı açıqlandı

19-24 Dekabr Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə Lənkəran şəhərində keçiriləcək. Bizdə sinebandkendi.blogspot.com olaraq müəllimlərə uğurlar arzulayırıq.

9 Kasım 2016 Çarşamba

Foto Muxbir İlqam Cəbiyev haqqında

Lerik rayon Şinəband kənd sakini Cəbiyev İlqam qonşu saytlardan biri olan Azpress.az xəbər saytının muxbiridir. Yəni Lerik rayon Şinəband kəndində yeni və maraqlı hər məlumatı paylaşır. Biz və saytın müəllifi E. Məmiyev İlqam Cəbiyevə ayrı-ayrılıqda təşəkkür edirik.

Muxbirlər:
Azad Əliyev
Fərid Qənbərov
Saytın müəllifi: M. Elcan

8 Kasım 2016 Salı

Şinəband kəndimiz

Hörmətli şəxs. Müəllif hüquqları qorunur. Yaradan Elcan Məmiyev. Buyurun. Hüquqlar qorunur.